16:40 21 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Münaqişə xəttində səngərlər, arxiv şəkli

Ermənistan hərbçilərinin saxladığı azərbaycanlı barədə məlumat yayıldı

© Sputnik
HADİSƏ
Qısa URL
423 0 0

Qazax rayon sakini, 1986-ci il təvəllüdlü Arif İbrahimov tutularkən erməni əsgərlər onu ayağından yaralayıblar

BAKI, 16 mart — Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi Azərbaycan vətəndaşının Ermənistan hərbçiləri tərəfindən saxlanması barədə məlumatlara münasibət bildirib.

Mətbuat Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, Ermənistan Respublikasının bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının vətəndaşının sərhəd pozucusu qismində saxlanılması barədə məlumat yayılıb.

"Bu məlumatla əlaqədar Dövlət Sərhəd Xidməti bildirir ki, mart ayının 15-dən 16-a keçən gecə Azərbaycan Respublikası ərazisindən müqabil istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alınıb, həmin şəxsin Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu olması müəyyən olunub. Araşdırma zamanı həmin şəxsin ruhi əsəb xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olması məlum olub. Hazırda araşdırma işləri davam edir", - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Ermənistan sərhədini pozmağa cəhd edən Azərbaycan vətəndaşının tutulduğu barədə məlumat yayıb. Qazax rayon sakini, 1986-ci il təvəllüdlü Arif İbrahimov tutularkən erməni əsgərlər onu ayağından yaralayıblar.

Əsas mövzular