Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda yanğın nəticəsində ölənlər var

Abunə olmaq
Yanğının kəşfiyyatı zamanı 2 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub

BAKI, 16 mart — Sputnik. Bakıda yanğın olub, ölənlər var.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin bir otağının döşəməsi 1 m² sahədə və içərisində məişət tullantıları 4 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 2 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Ölənlərin şəxsiyyətləri dəqiqləşdirilir.

Xəbər lenti
0