Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Lənkəranda partlayış nəticəsində tələbə ağır xəsarət alıb

© Sputnik / Rahim MuradovPartlayış nəticəsində yaralanmış Masallı sakini
Partlayış nəticəsində yaralanmış Masallı sakini - Sputnik Azərbaycan
Abunə olmaq
Xəsarət alan şəxs tələbə yoldaşları tərəfindən Lənkəran Mərkəzi Xəstəxanasına çatdırılıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 15 mart - Sputnik. Lənkəran şəhərində qaz sızmasından partlayış baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata əsasən, partlayış hadisəsi Lənkəran Şəhəri Z.Əliyeva küçəsi 78, bina 3, mənzil 11-də baş verib.

Belə ki, həmin mənzildə kirayə qalan LDU tələbəsi olan Masallı rayonu Zuvand kənd sakini 1997-ci il təvəllüdlü Cəmil Xəlilzadə qazla işləyən su qızdırıcısını alışdırmaq istəyən zaman partlayış olub. Nəticədə C.Xəlilzadə sol qolu, qulaqları, boynunun arxa hissəsi və qismən də üz nahiyəsindən 1 və 2-ci dərəcəli yanıq xəsarətləri alıb.

Xəsarət alan şəxs tələbə yoldaşları tərəfindən Lənkəran Mərkəzi Xəstəxanasına çatdırılıb. C.Xəlilzadə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb.

Xəbər lenti
0