Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İranla sərhəddə Azərbaycan sərhədçilərinə atəş açılıb, sərhəd pozucusu güllələnib

© State Border Service of Azerbaijan RepublicSərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Yar­dımlı rayonunun Ostair kəndi yaxınlığında naməlum şəxslər müşahidə olunub
Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Yar­dımlı rayonunun Ostair kəndi yaxınlığında naməlum şəxslər müşahidə olunub - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər vəzifəli şəxslər əraziyə gedib

BAKI, 12 mart — Sputnik. Martın 12-si saat 00:07 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qo­şunlarının "Göytəpə" sərhəd dəstə­si­nin Yar­dımlı rayonunun Ostair kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikası əra­zisindən Azərbaycan Respublikası istiqa­mətində hərəkət edən 6 nə­fər silahlı naməlum şəxs müşahidə olunub. Bu barədə Sputnik Azərbaycan-a DSX-dan məlumat verilib.

“Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib - Sputnik Azərbaycan
HADİSƏ
Dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb, hərbçimiz həlak olub

Bildirilib ki, sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılıb, xid­məti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən "Dayan" əmri verilərək sərhəd pozu­cuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayaraq sərhəd naryadına qarşı odlu silahdan atəş açıblar.

"Dövlət sərhədi haqqında" qanunu­n tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olun­ub və sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb. Digər sərhəd pozucuları əllərindəki yükləri ataraq ərazinin mürəkkəb relyefindən və havanın qaranlıq olmasından istifadə edərək geri qaçıblar.

© State Border Service of Azerbaijan RepublicSərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Yar­dımlı rayonunun Ostair kəndi yaxınlığında naməlum şəxslər müşahidə olunub
İranla sərhəddə Azərbaycan sərhədçilərinə atəş açılıb, sərhəd pozucusu güllələnib - Sputnik Azərbaycan
Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Yar­dımlı rayonunun Ostair kəndi yaxınlığında naməlum şəxslər müşahidə olunub

Sərhəd nümayəndəliyi xətti ilə İran İslam Respublikasının sər­hədçilərinə hadisə barədə dərhal məlumat verilib. İİR sərhədçiləri tərəfindən təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilib.

Zərərsizləşdirilən sərhəd pozucusunun yaxınlığında əraziyə baxış zamanı 4 ədəd bağlamada külli miqdarda heroin və tiryək növündə narkotik vasitələr, külli miqdarda güclü təsirli psixotrop maddələr, 1 ədəd ov tüfəngi, 6 ədəd 12 mm çaplı ov tüfənginin patronları və gilizlər aşkar olunub.

Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər vəzifəli şəxslər əraziyə gedib, hadisə yerinə baxış keçirib, əməliyyat-axtarış tədbirlərinin davam etdiril­məsinə dair zəruri tapşırıqlar verib. DSX rəisi İİR-in Muğan sahəsi üzrə sərhəd komissarı ilə ərazidə görüşüb, sərhəd pozucularının axtarışı üzrə birgə tədbirlər müzakirə olunub.

© State Border Service of Azerbaijan RepublicSərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Yar­dımlı rayonunun Ostair kəndi yaxınlığında naməlum şəxslər müşahidə olunub
Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Yar­dımlı rayonunun Ostair kəndi yaxınlığında naməlum şəxslər müşahidə olunub - Sputnik Azərbaycan
1/4
Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Yar­dımlı rayonunun Ostair kəndi yaxınlığında naməlum şəxslər müşahidə olunub
© State Border Service of Azerbaijan RepublicSərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Yar­dımlı rayonunun Ostair kəndi yaxınlığında naməlum şəxslər müşahidə olunub
Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Yar­dımlı rayonunun Ostair kəndi yaxınlığında naməlum şəxslər müşahidə olunub - Sputnik Azərbaycan
2/4

3/4

4/4

Vətən sərhədlərinin keşiyində ayıq-sayıq duraraq dövlət sərhədinin pozulmasının qarşısını alan hərbi qulluqçular təltif olunublar. Hazırda Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Xəbər lenti
0