Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sərxoş azərbaycanlı təyyarədə dava salıb

© AFP 2023 / STEPHEN BRASHEARBoeing 737 MAX 8 təyyarəsi səmaya qalxır
Boeing 737 MAX 8 təyyarəsi səmaya qalxır - Sputnik Azərbaycan
Abunə olmaq
Polis və sərnişinlərin köməyi ilə davakar şəxs təyyarədən endirilib

BAKI, 12 mart — Sputnik. Dünən Orenburq hava limanında, Moskvaya uçan təyyarədə sərxoş azərbaycanlı dava salıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Orenburq vilayətindən olan deputatı Yuri Mişeryakov öz "Instagram" səhifəsində məlumat paylaşıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Юрий Мищеряков (@yury_mishcheryakov)

O, qeyd edib ki, sərxoş Azərbaycan vətəndaşı təyyarə uçmağa hazırlaşarkən göyərtədə dava salıb: "Polis və sərnişinlərin köməyi ilə davakar şəxs təyyarədən endirilib. Uçuş təhlükəsiz şəraitdə davam edib".

Xəbər lenti
0