Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Rusiyada azərbaycanlıların çalışdıqları bazarlara basqın edilib, saxlanılanlar var

© Sputnik / Maxim Blinov / Mediabanka keçidRusiya asayiş keşikçiləri
Rusiya asayiş keşikçiləri - Sputnik Azərbaycan
Abunə olmaq
Saxlanılan şəxslərin Rusiyada qalmaq qaydalarını pozub-pozmamaları, həmçinin bir sıra cinayətdə iştirak edib-etməmələri yoxlanılır

BAKI, 11 mart — Sputnik. Rusiya hüquq-mühafizə orqanları tərəfindən "Sadovod" bazarı və "Moskva" Ticarət Mərkəzində əməliyyat keçirərək, yoxlamalar aparılıb. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, əməliyyatlar zamanı onlarla miqrant saxlanılıb.

Hazırda saxlanılan şəxslərin Rusiyada qalmaq qaydalarını pozub-pozmamaları, həmçinin bir sıra cinayətdə iştirak edib-etməmələri yoxlanılır.

Qeyd edək ki, adıçəkilən ticarət mərkəzlərində çalışanların əksəriyyəti azərbaycanlılardır.

Xəbər lenti
0