16:40 21 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Xətai rayonu X.Məmmədov küçəsi, 41 ünvanında sursat aşkar olunub

Bakıda insanlar üçün təhlükəli mərmi tapılıb

© ANAMA-nın mətbuat xidməti
HADİSƏ
Qısa URL
50 0 0

Sursat ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb

BAKI, 7 mart — Sputnik. Bakının Xətai rayonunda top mərmisi tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, "112" qaynar xəttinə Bakı şəhərinin Xətai rayonu X.Məmmədov küçəsi, 41 ünvanında sursat aşkar olunması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub.

Xətai rayonu X.Məmmədov küçəsi, 41 ünvanında sursat aşkar olunub
© ANAMA-nın mətbuat xidməti
Xətai rayonu X.Məmmədov küçəsi, 41 ünvanında sursat aşkar olunub

XRXX-nın mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib. Aşkar olunan sursata baxış zamanı müəyyən olunub ki, bu, döyüş tətbiqinə yararsız, lakin insan həyatı üçün təhlükəli olan top mərmisidir. Sursat ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Xətai rayonu X.Məmmədov küçəsi, 41 ünvanında sursat aşkar olunub
© ANAMA-nın mətbuat xidməti
Xətai rayonu X.Məmmədov küçəsi, 41 ünvanında sursat aşkar olunub

Mərminin tapıldığı əraziyə yerüstü baxış zamanı heç bir şübhəli əşya aşkar edilməyib.

Əsas mövzular