Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yevlaxda onlarla partlamamış hərbi sursat aşkar olunub

© Azerbaijan National Agency for Mine ActionПолиция и саперы ANAMA обнаружили более 700 единиц боеприпасов на автодороге Бильгя-Сумгайыт
Полиция и саперы ANAMA обнаружили более 700 единиц боеприпасов на автодороге Бильгя-Сумгайыт - Sputnik Azərbaycan
Abunə olmaq
Yevlaxda 65 ədəd partlamamış hərbi sursat aşkar olunub

BAKI, 7 mart - Sputnik. Martın 5-də Yevlax şəhərinin Aran qəsəbəsi ərazisində mərmi tapılıb.

Sputnik Azərbaycan xəbər verir ki, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Yevlax rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Yevlax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə 2019-cu il 05-06 mart tarixlərində yuxarıda adı qeyd olunmuş ərazidə ferma sahəsinə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 65 ədəd partlamamış hərbi sursat (PHS) və 123 ədəd təlim (tərkibində partlayıcı maddə olmayan) məqsədli mərmilər aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların (PHS) ətrafında 50,000 kv.m (5 ha) əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Xəbər lenti
0