09:57 25 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Fındıq

Fındıq oğrusu yaxalanıb

© Sputnik / Shahperi Abbasova
HADİSƏ
Qısa URL
319 0 0

Saxlanılan şəxs ümumi çəkisi 210 kq olan 7 kisə fındığı oğurladığını etiraf edib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 4 mart — Sputnik. Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Aşağı Tala kənd sakini martın 2-də onun evinin həyətyanı sahəsindən 7 kisə fındığın oğurlanması barədə məlumat verib.

Post-patrul xidmətinin avtomobilləri
© Sputnik / Murad Orujov

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Daxil olmuş müraciət əsasında RPŞ əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu edən şəxs müəyyən olunub və şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Ətrafında aparılan araşdırmalar zamanı onun Zaqatala rayon sakini, 29 yaşlı Mühiddin Tahirov olduğu müəyyən edilib. Dindirilmə zamanı M.Tahirov ümumi çəkisi 210 kq olan 7 kisə fındığı oğurladığını etiraf edib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Əlaqədar

Nazirlik rəsmisi: fındıqda yaxşı pul var
Azərbaycanlıların qoz-fındıq davası: Kimdir müqəssir?
Turistlər indi ora gələcəklər - fındıqlı, qozlu festival
Teqlər:
fındıq, oğru, polis

Əsas mövzular