Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda 25 nəfərin ölümü ilə nəticələnən yanğından 1 il keçdi

Abunə olmaq
2018-ci ilin martın 2-də baş verən yanğın zamanı 25 nəfər yanaraq ölüb

BAKI, 2 mart — Sputnik. Bu gün Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzdə çoxsaylı insan tələfatı ilə nəticələnən yanğının baş verməsindən 1 il ötür.

Судейский молоток, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Narkoloji Mərkəzdəki faciənin dəhşətli səbəblərindən biri açıqlandı

2018-ci ilin martın 2-də baş verən yanğın zamanı 25 nəfər yanaraq ölüb.

Hadisədən sonra cinayət işi başlanılıb, Mərkəzin direktoru Telman Məmmədhəsənov, mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, mərkəzdə müalicə olunan və yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədova, şöbə müdiri Azad Ələkbərov istintaqa cəlb edilib. T.Məmmədhəsənov, M.Abdullayev, M.Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib, A.Məmmədova isə hazırda ev dustaqlığındadır.

Cinayət işinin işinin istintaqı yekunlaşdırılaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxslərdən yalnız A.Ələkbərovun səhhətində problemlər olduğundan onun cinayət işi ayrıca icraata verilib. O, daha sonra dünyasını dəyişib.

Hazırda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə araşdırılır.

Cinayət işində ümumilikdə 52 zərərçəkmiş var.

Xəbər lenti
0