Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda gənc oğlanı öldürdülər

CC BY 2.0 / Lucia Sanchez / KnifeНож, фото из архива
Нож, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb

BAKI, 2 mart — Sputnik. Bakıda qətl hadisəsi törədilib.

Balta, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Bərdədə dəhşətli qətl hadisəsi baş verib

Sputnik Azərbaycan-ın ONA-ya istinadla xəbər verir ki, Yasamal rayon Prokurorluğundan bildirilib ki, martın 1-də Yasamal rayonu, Xiyabani küçəsi, 33 ünvanının qarşısında 1997-ci il təvəllüdlü Kamil Vaqif oğlu Səttarlı şəxsi münasibətlər zəminində tanışı, 1993-cü il təvəllüdlü Emin Ələsgər oğlu Babaverdiyevi üç bıçaq zərbəsi ilə qətlə yetirib.

Yasamal rayon Polis İdarəsinin və rayon prokurorluğunun əməkdaşlarının iştirakı ilə hadisə yeri və meyit müayinə olunub, ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilib, eləcə də iş üzrə digər zəruri istintaq hərəkətləri görülüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Xəbər lenti
0