09:54 25 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən saxlanılan şəxs

Daxili İşlər Nazirliyi Qəbələdə əməliyyat keçirib, saxlanılanlar var

© Sputnik / Ilham Ahmadov
HADİSƏ
Qısa URL
84 0 0

Hər iki fakt üzrə Qəbələ RPŞ-də cinayət işi başlanıb

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 28 fevral — Sputnik. Qəbələ sakinlərindən narkotik vasitə aşkarlanaraq götürülüb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

26.02.2019-cu il tarixdə Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Qəbələ şəhəri, H.Aslanov küçəsi,ev 22 ünvanında yaşayan Zamanov Emin Camaləddin oğlunun yaşadığı evindən narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış və şəxsi istehlak miqdarından yuxarı həddə,yəni 404.07 qram narkotik tərkibli marixuana,üzərində isə kustar üsulla hazırlanmış və şəxsi istehlak miqdarından yuxarı həddə,yəni 0.186 qram narkotik vasitə olan heroin götürülüb.

Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən saxlanılan şəxs
© Sputnik / Ilham Ahmadov
Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən saxlanılan şəxs

Bundan başqa, 20.02.2019-cu il tarixdə şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövrüyyəsində və istifadəsində şübhəli bilinən Zöhrabov Vüqar İzzət oğlu Qəbələ şəhəri ərazisində saxlanılaraq üzərinə baxış keçirilən zaman onun gödəkcəsinin iç cibindən 6.01 qram, şəxsi istifadəsində olan nəqliyyat vasitəsinin salonundan ise 0.71 qram narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırkanmış marixuana aşkarlanaraq götürülüb.

Hər iki fakt üzrə Qəbələ RPŞ-də cinayət işi başlanıb, hazırda istintaq hərəkətləri davam etdirilir.

Əlaqədar

Millət vəkili: "Siqaret və narkotik aludəçiləri pulsuz müalicə olunmalıdır"
Torpağa basdırılmış narkotik aşkar edilib
Bərdə sakini evini narkotik anbarı və cəbhəxanaya çevirib
Daxili orqanında narkotik vasitə keçirmək istəyən iranlı saxlanılıb
Teqlər:
əməliyyat, narkotik, Qəbələ

Əsas mövzular