Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıdakı yanğın söndürüldü

© © Пресс-служба БТАИз-за пожара образовалась пробка на улице Ш. Мехтиева
Из-за пожара образовалась пробка на улице Ш. Мехтиева - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğın baş verən binadan 60-a yaxın insan təxliyə edilib

BAKI, 25 fevral — Sputnik. Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

Sputnik Azərbaycan-ın ONA-ya istinadla məlumatına görə, bu barədə jurnalistlərə Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov bildirib. O, qeyd edib ki, hadisə barədə nazirliyin “112” qaynar xəttinə saat 12.55 radələrində məlumat daxil olub. Dərhal yanğından mühafizə xidmətinin 70-ə yaxın əməkdaşı və 18 yanğınsöndürən maşını hadisə yerinə cəlb olunub: “Yanğın zamanı 60 bina sakini təxliyə edilib. Tüstüdən zəhərlənmə halları qeydə alınıb. Həmin şəxslər xəstəxanalara aparılıb. Yanğın tam söndürülüb”.

İlkin ehtimala görə, hadisəyə elektrik xətlərinin yüklənməsi səbəb olub.

Yanğın baş verən binadan 60-a yaxın insan təxliyə edilib. Təxliyə olunanlar arasında tüstüdən zəhərlənənlər var. Onlar xəstəxanaya yerləşdirilib. Sakinlər və xilasedicilər arasında xəsarət alan yoxdur.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında elektrik kabellərində yaranmış tüstülənmənin qarşısı alınıb.

Xəbər lenti
0