CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qışın son bazar gününün hava xəbərdarlığı

Abunə olmaq
Sabah Azərbaycanda hava yağmursuz keçəcək

BAKI, 23 fevral - Sputnik. Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, fevralın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Qubanın Xınalıq kəndinə yağan qar - Sputnik Azərbaycan
Diqqətli olun, ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür

Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu  gecə 2-5° isti, gündüz  8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz  9-11° isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. 

Nisbi rütubət gecə 70-80%, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin axşam bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz  5-10° isti  təşkil edəcək.

Xəbər lenti
0