16:21 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Uçmağa hazırlaşan təyyarə, arxiv şəkli

Pul ilə dolu təyyarə havaya qalxa bilmədi – VİDEO

© Sputnik / Georgy Zimarev
HADİSƏ
Qısa URL
370 0 0

Pulun nə qədər olduğu və hara aparıldığı barədə məlumat verilməyib

BAKI, 23 fevral — Sputnik. Nigeriyada pul kisələri ilə doldurulmuş təyyarə havaya qalxa bilməyib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hadisəni tanınmış jurnalist Dele Momodu videoya qeydə alıb.

Onun Instagram hesabında paylaşdığı videoda görünür ki, təyyarənin bir hissəsi yerə yapışıb. Ətrafda işçilər gəzir və onlar problemi həll etməyin yollarını axtarırlar.

"Bu Nigeriya filmi olmalı idi. Təyyarə pul kisələri yığıldıqdan sonra bu vəziyyətə düşüb. Gözlərimə inana bilmirəm" – deyə Momodu sosial şəbəkədə yazıb.

Amma o, pulun nə qədər olduğu və hara aparıldığı barədə məlumat verməyib.

Посмотреть эту публикацию в Instagram

Публикация от CHIEF DR DELE MOMODU (@delemomoduovation)

HYPERLINK "https://lenta.ru/news/2019/02/22/too_much/" https://lenta.ru/news/2019/02/22/too_much/

 

HYPERLINK "https://www.instagram.com/p/BuEvNeLH5Ox/" https://www.instagram.com/p/BuEvNeLH5Ox/

 

Əlaqədar

Ermənistanda yoxa çıxan təyyarə yarğanda tapılıb
Ağır bombardmançı təyyarə qəzaya uğradı
Rusiya səmasında iki qırıcı təyyarə toqquşub

Əsas mövzular