Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Torpağa basdırılmış narkotik aşkar edilib

© Sputnik / Rahim MuradovAstara rayon Polis Şöbəsi
Astara rayon Polis Şöbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma davam etdirilir

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 22 fevral - Sputnik. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı 5,7 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının rayonun Sərək kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd sakini Fərhad Əliyev 29 qram narkotik vasitə olan qurudulmuş marixuananı satarkən saxlanılıb.

Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə baxış keçirilib. Baxış zamanı yaşayış evinin otaqlarının birindən çəkisi 5 kiloqram olan qurudulmuş marixuana, həmçinin evin həyətində torpağa basıdırılmış 2 ədəd 3 litlik bankadan ümumi təmiz çəkisi 548 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb.Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

Xəbər lenti
0