01:37 23 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Həbs olunmu şəxs, arxiv foto

Avtomobillərdən oğurluq edənlər saxlanıldı

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
76 0 0

Faktla bağlı araşdırmalar davam etdirilir

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI,  22 fevral — Sputnik. Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən rayon sakinləri onların avtomobillərindən oğurluq olunması barədə məlumat veriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında həmin şəxslərin müəyyən olunub saxlanılması istiqamətində əməliyyat tədbirlərinə başlanılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqları etməkdə şübhəli bilinən 2 nəfər - Şəki şəhər sakinləri Elxan Əhmədov və Elnur İsmayılov saxlanılıb. Onların ətraflarında aparılan araşdırmalar zamanı ayrı-ayrı vaxtlarda 5 avtomobildən maqnitafon, ehtiyyat hissələri, benzin, səs gücləndiricilər və digər əşyalar oğurladıqları müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Əlaqədar

Milli Məclis üzvü: "Maddi ehtiyac üzündən oğurluq edənlərə görə cəmiyyət utanmalıdır"
Balakəndə çox qəribə oğurluq hadisəsi baş verib
Bərdədə oğurluq edən şəxs "isti izlərlə" saxlanıldı
Teqlər:
Daxili İşlər Nazirliyi, Şəki, avtomobil, oğurluq hadisəsi, oğurluq

Əsas mövzular