Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İki həftə öncə suya düşən ekskavator sürücüsünün meyiti tapıldı

© AR Ministry of Internal AffairsFHN-nin əməkdaşları xilasetmə zamanı
FHN-nin əməkdaşları xilasetmə zamanı - Sputnik Azərbaycan
Abunə olmaq
Birgə həyata keçirilən axtarış tədbirləri fevralın 21-də öz nəticəsini verib

BAKI, 21 fevral — Sputnik. Fevralın 7-də Quba rayonunun Vəlvələ kəndi ərazisində Vəlvələçay çayında qazıntı işləri aparılan zamanı ekskavatorun aşması nəticəsində çaya düşən sürücü itkin düşüb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, araşdırmalarla həmin şəxsin Şabran rayon sakini, 41 yaşlı Vüqar Qasımov olduğu müəyyən edilib.

Polis maşınları, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
İsmayıllıda tük ürpədən cinayət: Bir ailədən iki meyit çıxdı

Hadisə baş verən andan Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu, polis və digər aidiyyatı qurumların əməkdaşları səfərbər olunaraq həmin şəxsin tapılması istiqamətində intensiv axtarışlara başlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, ərazinin çay kənarı olduğu və torpaq qatının sürüşmə ehtimalı yüksək olduğu üçün baş verə biləcək başqa bir bədbəxt hadisənin qarşısının alınması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində qabaqlayıcı tədbirlər görülüb, ərazinin mühafizəsi təşkil edilib.

Birgə həyata keçirilən axtarış tədbirləri fevralın 21-də öz nəticəsini verib. V.Qasımovun meyiti çaydan tapılaraq çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Xəbər lenti
0