Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Masazırda insanları xilas edən polislər zəhərləndi

© Sputnik / Murad OrujovСотрудники противопожарной службы МЧС Азербайджана, фото из архива
Сотрудники противопожарной службы МЧС Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda polis əməkdaşlarının vəziyyəti normaldır və xidmətlərini davam etdirirlər

BAKI, 21 fevral — Sputnik. Fevralın 20-də gecə saat 3 radələrində Abşeron rayonu Masazır qəsəbəsinin "Qurtuluş-93" yaşayış sahəsindəki 8 saylı binanın 1-ci mərtəbəsində yerləşən elektrik şitində yanğın baş verib.

Здание Министерства внутренних дел Азербайджанской Республики  - Sputnik Azərbaycan
HADİSƏ
Polis Bakıda qanunsuz silah-sursatı müsadirə edib

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumları hadisə yerinə gəlib. Sakinlərin yanğından xilas edilməsi məqsədi ilə təxirəsalınmaz tədbirlər görülüb.

Polis və yanğın təhlükəsizliyi xidməti əməkdaşlarının çevik müdaxiləsi və yaxından köməkliyi ilə sakinlər təxliyə olunub, onların təhlükəsizliyi təmin edilib. Yanğın söndürülüb, xəsarət alan olmayıb.

Bina sakinlərinin təxliyyəsi zamanı Abşeron Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları, polis serjantları İlkin Kərimov, Elməddin Alıyev, Bəhruz Heydərli və Kamil Həsənov tüstüdən zəhərləndikləri üçün Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib, burada onlara ilkin tibbi yardım göstərilib.

Hazırda polis əməkdaşlarının vəziyyəti normaldır və xidmətlərini davam etdirirlər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0