14:11 20 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Qaz plitəsi, arxiv şəkli

Bakıda mənzildən nənə və nəvənin meyiti tapılıb

CC0 / PhotoMIX-Company / Kitchen
HADİSƏ
Qısa URL
46 0 0

Yaxınları nənə və nəvəni mətbəxdə ölmüş vəziyyətdə aşkar ediblər

BAKI, 21 fevral — Sputnik. Bakıda yaşlı qadın və onun azyaşlı nəvəsi dəm qazının növbəti qurbanı olublar. Bu barədə Sputnik Azərbaycan-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.

Nərimanov rayonundakı mənzillərdən birində 66 yaşlı Sevil Əliyeva və onun 12 yaşlı nəvəsi Elşad Ülvi oğlu İsmayılov dəm qazından boğularaq həyatlarını itiriblər.

Qadın və uşağın meyitlərini yaxınları mətbəxdən tapıblar. İlkin versiyaya görə, dəm qazı hamamdan mətbəxə çıxan borudan sızıb.

Hüquq-mühafizə orqanları baş vermiş ailə faciəsinin səbəblərini araşdırıır.

Əsas mövzular