09:55 25 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Polis maşını hadisə yerində

Paytaxtda şok olay: Oğul anasını döyərək öldürüb

© Sputnik / Leyla Abdullayeva
HADİSƏ
Qısa URL
6104 0 0

Telefon üstündə münaqişə baş verərkən oğul stulla anasını vurub və evdən gedib, bir gün sonra isə onun meyiti ilə qarşılaşıb

Ramella İbrahimova, Sputnik Azərbaycan

BAKI, 20 fevral — Sputnik. Bakıda cavan oğlan anasını ölənədək döyüb. Bu barədə Sputnik Azərbaycan-a Nərimanov Rayon Polis İdarəsindən məlumat verilib.

Cinayət Nərimanov RPİ-nin 17-ci polis bölməsinin ərazisində törədilib. Məlum olub ki, 26 yaşlı Müslümov Eldar Şirəddin oğlu 66 yaşlı anası Müslümova Nailə Əzim qızını qətlə yetirib. 

Qətl fevralın 18-də törədilib. Müslümov saxlanılan zaman bildirib ki, o, münaqişə zamanı stulla anasının sinəsinə vurub. Bu zaman başı divara dəyən qadın yıxılıb.

Cinayəti törətdikdən dərhal sonra Müslümov mənzilin qapısını bağlayaraq qaçıb. O, bir sutka ərzində evdə olmayıb. Fevralın 19-da gündüz saat 16:00 radələrində evlərinə qayıdıb.

Anasının yaşadığını düşünərək təcili yardım çağırıb. Hadisə yerinə gələn həkimlər qadının öldüyünü təsbit ediblər. Həkimlərdən sonra hadisə yerinə polislər gəlib. Bu, ilkin məlumatdır. Rayon prokurorluğu hadisənin detallarını araşdırır.

İlkin dindirilmə zamanı məlum olub ki, ana ilə oğul arasında münaqişə smartfon üstündə düşüb. Müslümov anasından özünə smartfon almaq üçün pul istəyib. Anası isə pul verməkdən imtina edib. Bundan qəzəblənən oğlan anasına əl qaldırıb.

Qeyd edək ki, oğlan və anası tək yaşayırmış. O da məlum olub ki, oğlan epilepsiyadan əziyyət çəkir və psixi çatışmazlığı var. Faktla bağlı cinayət işi açılıb, araşdırma davam edir.

Əlaqədar

Azərbaycanlı keçmiş polis Rusiyada qətl törətdi
Gecə Bakıda qətl törədənin kimliyi bilindi
"Ləvəngi dairəsi"ndə qətl: Qurbanını xəstəxanaya çatdırdıqdan sonra polisə təslim olub
Polis və prokurorluq ağır qətl hadisəsinin izinə düşüb
Teqlər:
Nərimanov RPİ, Nərimanov rayonu, qətl, ana, oğul

Əsas mövzular