Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Haitidə iğtişaşlar zamanı 5 ABŞ vətəndaşı saxlanılıb

© Sputnik / Anar MustafayevМужчина в наручниках, фото из архива
Мужчина в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Haitidə etirazlar fevralın 7-də başlayıb

BAKI, 19 fevral - Sputnik. Haitidə baş vermiş kütləvi iğtişaşlar zamanı beş ABŞ vətəndaşı saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə bazar ertəsi mənbələrə istinadən CNN telekanalı məlumat yayıb.

Teleşirkətin məlumatına görə, onlar sui-qəsddə şübhəli bilinirlər, lakin sözügedən şəxslərə qarşı rəsmi ittiham irəli sürülməyib.

Saxlanılan amerikalıların məhz nə ilə məşğul olduqları barədə hər hansı bir məlumat verilməyib.

Ötən cümə axşamı Dövlət Departamenti ABŞ vətəndaşlarına Haitiyə səfərlərdən çəkinməyə çağırıb.

Haitidə etirazlar fevralın 7-də başlayıb. Bu günədək yeddi nəfər ölüb. Ölkə prezidenti Jovenel Moiz iğtişaşlara görə istefa verməyəcəyini bildirib və böhrandan çıxmaq üçün rəqiblərini dialoqa çağırıb.

Xəbər lenti
0