20:07 21 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Düyməli lift, arxiv şəkli

İnsanlıq simasını itirmiş şəxs saxlanılıb

© Sputnik / Aleksey Nichukin
HADİSƏ
Qısa URL
69 0 0

Liftin əyləcini oğurlayan şəxs ələ keçdi

BAKI, 18 fevral — Sputnik. Səbail RPİ-nin 39-cu Polis Bölməsinə fevralın 14-də Nizami küçəsindəki binaların birindən liftin əyləc dolağının oğurlanması barədə müraciət daxil olub. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər oğurluq və qəsdən sağlamlığa ağır zərər vurmaya görə məhkum olunmuş R.Əliyev olduğu müəyyən edilib.

Polis əməkdaşları tərəfindən onun digər analoji cinayət əməllərinin də üstü açılıb. Belə ki, R.Əliyevin cari ilin yanvar ayının 24-dən fevral ayının 12-dək olan müddətdə paytaxtın Azadlıq prospektində, S.Vurğun, Nizami və Ü.Hacıbəyov küçələrində yerləşən binalardan 13 liftin əyləc dolaqlarını oğurlaması da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

Əsas mövzular