Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda yırtıcılardan hiyləgər plan: Kənd sakinləri təşvişə düşüblər

© AFP 2023 / MIGUEL MEDINAВолки, фото из архива
Волки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sürüyə hücum edən canavarlar çobanın xəbəri olmadan qoyunları ayırıb aparıblar

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 18 fevral — Sputnik. Goranboyda qəribə hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, rayonun Eyvazlılar kəndində sürüyə hücum edən canavarlar çobana hiss etdirmədən bir neçə heyvanı sürüdən ayıraraq özləri ilə aparıb. 

Açarla açılmış qapı, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Balakəndəki qəribə oğrunu şeytan yoldan çıxarıbmış

Belə ki, kənd sakini Kamil Əhmədov özünə və bir neçə sakinə məxsus qoyunları otaran zaman 3 canavar xırdabuynuzlulara hücum edib. K.Əhmədov Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində canavarları görən zaman səs-küy edib, vəhşi heyvanları uzaqlaşdırmağa çalışdığını deyib.

Qoyunları acgöz canlılardan xilas etdiyini düşünən kənd sakini, heyvanları örüşdən qaytaran zaman 5 baş qoyunun sürüdə olmadığını görüb. Bundan sonra ətraf ərazilərdə axtarışa çıxan sakinlər gecəyədək axtarsalar da, qoyunların nə ölüsündən nə dirisindən bir əlamət tapa bilməyiblər.

Yırtıcılar tərəfindən aparılan heyvanlardan 3-ü Kamil Əhmədovun özünə, 2-i isə Oqtay Xəlilova məxsusdur.

Sakinlər son vaxtlar ərazidə canavarlara tez-tez rastlaşdıqlarını deyirlər və onların daha böyük fəsadlara səbəb olacağından narahatdırlar.

Qeyd edək ki, bir neçə gün öncə qonşu Boluslu kəndində də fermalardan birinə hücum edən canavarlar 7 baş qoyunu da parçalayıb.

Xəbər lenti
0