Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xaçmazda zorlama üstündə axtarılan şəxs tutuldu

© Sputnik / Vitaly Belousov / Mediabanka keçidQandal, arxiv şəkli
Qandal, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçiriblər

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 17 fevral – Sputnik. Xaçmazda axtarışda olan şəxslər saxlanılıb.

Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilib.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Rəhmanlı kənd sakini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə axtarışda olan Təvəkkül Zeynalov və Sumqayıt şəhər sakini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə axtarışda olan Vüqar Kərimov şəhər ərazisində saxlanılıblar.

Xəbər lenti
0