Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Axtarışda olan dələduz 3 il sonra ələ keçdi - FOTO

© Sputnik / Anar MustafayevƏli qandallanmış adam, arxiv şəkli
Əli qandallanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Şəki şəhər sakini, 56 yaşlı Azər Zəkərəliyev Səbail rayonu ərazisində müəyyən edilərək saxlanılıb

BAKI, 16 fevral — Sputnik. Bakıda üç ildir axtarışda olan şəxs tutulub.

DİN Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, paytaxtın bir neçə rayonu ərazisində işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən, 3 ildir axtarışda olan şəxs Səbail rayon 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

© AR Ministry of Internal AffairsŞəki şəhər sakini, 56 yaşlı Azər Zəkərəliyev
Axtarışda olan dələduz 3 il sonra ələ keçdi - FOTO - Sputnik Azərbaycan
Şəki şəhər sakini, 56 yaşlı Azər Zəkərəliyev

9-cu Polis Bölməsi və DİN-in Baş İnformasiya Kommunikasiya İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2016-cı ildən Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə axtarışda olan, Şəki şəhər sakini, 56 yaşlı Azər Zəkərəliyev Səbail rayonu ərazisində müəyyən edilərək saxlanılıb.

A.Zəkərəliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə müraciət edə bilərlər.

Xəbər lenti
0