Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yasamal qəbiristanlığında ağılları qarışdıran şəkil tapılıb

© Sputnik / Murad OrujovYasamal qəbiristanlığı
Yasamal qəbiristanlığı - Sputnik Azərbaycan
Abunə olmaq
Bu haqda müxtəlif sosial media profillərində, səhifələrində məlumat paylaşılıb

BAKI, 15 fevral — Sputnik. Yasamal qəbiristanlığında cavan oğlanın iynələnmiş şəkli tapılıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu haqda müxtəlif sosial media profillərində, səhifələrində məlumat paylaşılıb.

Şəkili iynələnən şəxsə cadu edildiyi düşünülür. Hələ ki, bunun kim tərəfindən törədildiyi, şəkildəki şəxsin kimliyi naməlumdur.

Məsələ barədə Yasamal rayon qəbiristanlığının rəhbərliyi ilə əlaqə saxlamağa çalşsaq da, zənglərimizə cavab verən olmadı.

Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsindən isə Sputnik Azərbaycan-a bildirildi ki, sözügedən tapıntı haqda onlara hansısa şikayət daxil olmayıb: “Qəbiristanlıqla bağlı bizə şikayətlər daxil olur. Bu şikayətlər hasarın, qəbir daşının dağıdılması ilə bağlı olur. Amma dediyiniz məsələdən xəbərsizik”.

Qeyd edək ki, bundan öncə də qəbiristanlıqlarda bənzər olaylar baş vermiş, iynələnmiş şəkillər, bağlı qıfıllar, düyünlü saplar tapılmışdı.

Xəbər lenti
0