Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Rusiyada tanınmış azərbaycanlı biznesmen həbs olundu

© Sputnik / Anar MustafayevƏli qandallanmış adam, arxiv şəkli
Əli qandallanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
O, "mütəşəkkil qrup tərəfindən və ya böyük miqyasda (törədildikdə) dələduzluq" maddəsi ilə ittiham edilir

BAKI, 12 fevral — Sputnik. Rusiya Federasiyasının Rostov şəhərindəki Azərbaycan diasporunun keçmiş rəhbəri, tanınmış iş adamı Söyün Sadıqov həbs edilib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Sadıqov bir iş adamının 100 milyon rubl (2.6 milyon manat) pulunu və bir hektar torpaq sahəsini ələ keçirməkdə günahlandırılır. 

Швейный цех - Sputnik Azərbaycan
HADİSƏ
Tanınmış mağazalar şəbəkəsində müdhiş fırıldağın üstü açılıb, rəhbərlik həbs olunub

O, "mütəşəkkil qrup tərəfindən və ya böyük miqyasda (törədildikdə) dələduzluq" maddəsi ilə ittiham edilir. İstintaq hesab edir ki, Sadıqov öz cinayət ortaqları ilə "Nebuq" şirkətinin rəhbərini qanunsuz fəaliyyət göstərdiyi üçün hədələyərək, pul və torpaq tələb edib.

Bununla bağlı iş adamı polisə müraciət edib, sonra isə Sadıqova hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə 5 milyon rubl verib. Bundan sonra S.Sadıqov həbs edilib. Hazırda onu məhkəmə gözləyir.

Xatırladaq ki, S.Sadıqov tikinti biznesi ilə məşğul olmaqla yanaşı, həm də müxtəlif dövlət orqanlarının, o cümlədən Rusiya prezidenti yanında etnik münasibətlər üzrə Şuranın üzvü olub. O, geosiyasi araşdırma ilə məşğul olan qeyri-kommersiya təşkilatı Strateji İnkişafı Modelləşdirmə Mərkəzinə də rəhbərlik edir.

Xəbər lenti
0