Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanlı namizədin üzərinə su atdılar - VİDEO

CC0 / ColiN00B / waterПитьевая вода и кубики льда, фото из архива
Питьевая вода и кубики льда, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ukraynada efirdə Nəsirovun üstünə su tökdülər

BAKI, 9 fevral - Sputnik. Ukraynanın ZİC telekanalının canlı yayımında deputat Sergey Şaxov Dövlət Fiskal Xidmətinin sabiq rəhbəri, prezidentliyə namizəd Roman Nəsirova su atıb. 

Oxu.az-ın yazdığına görə, hadisə sosial ödənişlər və maaşlarla bağlı müzakirələrin aparıldığı verilişdə baş verib. 

Şaxov Nəsirova “Siz insanlara maaşlar, pensiyalar haqqında danışmısınız. Hansı hakimiyyətdə çalışmısınız?” deyə sual verib. Azərbaycanlı Nəsirov isə “yaxşı ki, soruşdunuz” deyə cavab verəndən sonra opponenti “Sizə sərinləmək lazımdır” deyərək masa üzərindəki su ilə dolu stəkanı götürüb və suyu Nəsirova tərəf atıb.

Nəticədə Nəsirovdan çox verilişin aparıcısı və digər iştirakçılar islanıb. 

Xəbər lenti
0