Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Daha bir riskli gözlənti: Zəlzələ palçıq vulkanlarını aktivləşdirir

© Sputnik / Ilham AhmadovŞamaxı şəhərində zəlzələnin fəsadları
Şamaxı şəhərində zəlzələnin fəsadları - Sputnik Azərbaycan
Abunə olmaq
AMEA təmsilçisi: "Şamaxının mərkəzində yerləşən "Qız meydan", "Ceyirli", "Dəmirçi" və "Quşçu" palçıq vulkanlarının aktivləşəcəyini və püskürəcəyini ehtimal etmək olar"

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 8 fevral — Sputnik. İki gün öncə respublikanın şimal-qərb bölgəsində 6 bal gücündə zəlzələ olub və bir sıra digər rayonlarda, hətta paytaxtda da hiss olunub. Maraqlıdır, zəlzələnin baş verməsi palçıq vulkanlarında necə, aktivlik yaradıbmı?

Şamaxı şəhərində zəlzələnin fəsadları - Sputnik Azərbaycan
HADİSƏ
Zəlzələnin daha bir fəsadı ortaya çıxıb - Torpaq sürüşür

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnistitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, professor Adil Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb. O bildirib ki, hələlik palçıq vulkanların aktivliyi ilə bağlı proqnoz vermək mümkün deyil.

"Lakin Şamaxının mərkəzində yerləşən "Qız meydan", "Ceyirli", "Dəmirçi" və "Quşçu" palçıq vulkanlarının aktivləşəcəyini və püskürəcəyini ehtimal etmək olar. Amma bu haqda bizdə konkret məlumat yoxdur" - deyən A.Əliyev hazırda baş verən zəlzələ ilə əlaqədar olaraq avtoşokların davam etdiyini, lakin vulkanlar püskürəcəyi halda hansısa təhlükənin gözlənilmədiyini vurğulayıb.

"Palçıq vulkanlarının öyrənilməsi üçün əraziyə baş çəkə bilməməyimin bir səsəbi məzuniyyətdə olmağımla bağlıdır. Bundan başqa, ərazidə palçıq vulkanları ilə bağlı son vəziyyəti öyrənmək üçün avtomobilin ayrılmasına da ehtiyac var" – deyə şöbə rəhbəri əlavə edib.

Xatırladaq ki, fevralın 5-i gecə saat 23.20 radələrində baş vermiş zəlzələ nəticəsində Şamaxı rayonunun yaşayış evlərinə, eləcə də bir sıra qeyri-yaşayış obyektlərinə külli miqdarda ziyan dəyib. Yerli sakinlərin bir çoxu yeraltı təkanların təkrarlanacağından qorxaraq gecəni küçədə keçirib.

İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıda olub - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident zəlzələ bölgəsinə vəsait ayırdı

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, zəlzələ nəticəsində Şamaxı rayonunun Şəhriyar qəsəbəsində bir yaşayış evində dağıntı baş verib. İlkin məlumatlara əsasən, dağıntılar zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Daha çox dağıntı rayonun Qəleybuğurt, Qızmeydan və Nağaraxana kəndlərində qeydə alınıb. Həmin kəndlərdə səyyar tibb məntəqələri qurulub. Dağıntılar zamanı xəsarət alanların sayının artdığı və onların əksəriyyətinə ambulator yardım göstərildiyi bildirilir.

Bundan başqa, baş vermiş zəlzələ nəticəsində həyətyanı sahələrın divarları uçub. Eləcə də evlərin barılarında böyük çatlar və dağıntılar əmələ gəlib.

Zəlzələ zamanı şəhər 2 saylı tam orta məktəbin binası da qəzalı vəziyyətə düşüb. İki korpusdan ibarət olan məktəbin 2-ci korpusunun tavan hissəsi çöküb. Binanın 3-cü və 2-ci mərtəbəsində çatlar yaranıb.

Məktəbin qəzalı vəziyyətə düşən korpusuna şagird və müəllimlərin girişi qadağan edilib. Məktəbin 1-ci korpusu birmərtəbəli olduğundan binaya ziyan dəyməyib.

Həmçinin, Şamaxının bir çox köhnə məktəb binalarında da xırda çatlar əmələ gəlib. Əraziyə aidiyyəti qurumların rəsmiləri baxış keçiriblər.

Fevralın 7-də Prezient İlham Əliyev hadisə baş verən əraziyə gedib. Vəziyyətlə yerində maraqlanıb və lazımi göstərişlərini verib.

Xəbər lenti
0