CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səksən dörd yaşlı qadını döyüb pulunu apardılar

© Sputnik / Anar MustafayevƏli qandallanmış adam, arxiv şəkli
Əli qandallanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanıb

BAKI, 8 fevral — Sputnik. "102 - Zəng Mərkəzi" Xidmətinə fevralın 2-nə keçən gecə Ağcabədi şəhərindəki evlərin birindən oğurluğa cəhd göstərilməsi barədə müraciət daxil olub. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, dərhal Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla rayon sakini olan 84 yaşlı qadının evinə basqın edən 2 nəfərin onu döyərək, 3000 manat pulunu aparmaları müəyyən edilib.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri R.Rüstəmov və İ.Mirzəyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanıb. İstintaq aparılır.

Xəbər lenti
0