15:27 18 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9230
Şamaxı şəhərində zəlzələnin fəsadları

Zəlzələnin daha bir fəsadı ortaya çıxıb - Torpaq sürüşür

© Sputnik / Ilham Ahmadov
HADİSƏ
Qısa URL
8514 0 0

RSXM əməkdaşları zəlzələ bölgəsində sürüşmə faktı aşkarlayıblar

BAKI, 8 fevral — Sputnik. Fevralın 5-də İsmayıllı və Ağsu rayonlarında baş verən zəlzələ ilə bağlı bölgədə seysmoloji tədqiqatları davam etdirən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşları Şamaxı rayonu ərazisində sürüşmə faktı aşkar ediblər.

Şamaxı rayonunun ərazisində sürüşmə sahələri
© RSXM-nin mətbuat xidməti
Şamaxı rayonunun ərazisində sürüşmə sahələri

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, aparılan araşdırmalar zamanı Şamaxı rayonunun ərazisində Qızmeydan yolunun kənarında sürüşmə sahələrində aktivlik müşahidə olunub.

"Qeyd edək ki, aşkar olunan birinci sürüşmə sahəsinin yanında asfalt yolun üzərində 5-10 millimetrlik çatlar yaranıb. Bundan başqa, yolun kənarında 15-25 millimetrlik çökmə və sürüşmə halı müşahidə edilməkdədir" - deyə məlumatda bildirilib.

Əlavə olunub ki, yolun ikinci hissəsindəki sürüşmə sahəsində asfalt üzərində 5-10 millimetrlik çatlar, yol kənarında isə 20-30 santimetrlik aralanma müşahidə edilməkdədir: "Həmçinin, Ağsu aşırımında yolun 154-cü kilometrinə qədər hissəsində çatlar və çökmələr müşahidə olunur".

"Bununla yanaşı, RSXM əməkdaşları ayrı-ayrı qruplarda zəlzələnin episentrində gərginliyin öyrənilməsi ilə bağlı kompleks tədqiqatları davam etdirirlər. Hazırda müxtəlif istiqamətlərdə profillər üzrə seysmik və geofiziki tədqiqatlar davam etdirilir. Aparılan araşdırmalarla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək" - RSXN-dən vurğulanıb.

Şamaxı rayonunun ərazisində sürüşmə sahələri
© RSXM-nin mətbuat xidməti
Şamaxı rayonunun ərazisində sürüşmə sahələri

Xatırladaq ki, fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıya gəlib. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına fevralın 5-də və 6-da təbii fəlakətin törətdiyi fəsadlar barədə yerində məlumat veriblər.

Prezident İlham Əliyev zəlzələdən zərər çəkən tikililərə baxıb, sakinlərlə söhbət edib.

Əlaqədar

İlham Əliyevdən zəlzələ bölgəsinin sakinlərinə böyük jest
Zəlzələ zamanı yollarda çatlar yaranıb
Prezident zəlzələ bölgəsinə vəsait ayırdı
Teqlər:
sürüşmə, torpaq, zəlzələ

Əsas mövzular