Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda dəvə kişini öldürdü

© AFP 2023 / TIMOTHY A. CLARY Верблюды в Нью-Йорке
Верблюды в Нью-Йорке - Sputnik Azərbaycan
Abunə olmaq
Dəvə Ə. Əliyevə hücum edib, onun boynunu dişləri ilə sıxaraq tövlənin pəncərəsindən içəri salıb

BAKI, 7 fevral - Sputnik. Fevralın 6-da Altıağac qəsəbəsində yerləşən otellərdən birində saxlanılan dəvə fəhləyə hücum edərək onu öldürüb.

Öküz, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Heyvanla vəhşicəsinə rəftar edən şəxs cərimələndi – VİDEO

Sputnik Azərbaycan-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, dərhal hadisə yerinə baxış keçirilib, iş üçün zəruri olan maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin edilib və ilkin izahatlar alınıb.

İlkin araşdırmalarla belə nəticəyə gəlinib ki, həmin oteldə fəhlə işləyən 1961-ci il təvəllüdlü Əlibala Əliyev fevralın 5-də saat 23.00 radələrində Xızı rayonu ərazisində qeydə alınmış zəlzələdən sonra sahədə gəzişərkən dəvələrin saxlanıldığı xüsusi sahəyə daxil olub.

Cütləşmə dövrü, həmçinin baş vermiş zəlzələdən aqressivləşən dəvə Ə. Əliyevə hücum edib, onun boynunu dişləri ilə sıxaraq tövlənin pəncərəsindən içəri salıb. Dəvə fəhləni dişləyərək ayaq zərbələri ilə öldürüb.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti
0