11:50 22 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8964
Qax rayonunda baş vermiş yol qəzası

Azərbaycanda müğənni yol qəzasında həlak olub

© REPORT
HADİSƏ
Qısa URL
229 0 0

Hazırda faktla bağlı araşdırma aparılır

BAKI, 7 fevral — Sputnik. Qax rayonunda yol qəzası baş verib. Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Qum kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

1 / 4
Qax rayonunda baş vermiş yol qəzası

Belə ki, "VAZ-21015" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin, 1980-ci il təvəllüdlü Mehriban Natiq qızı Mustafayeva hadisə yerində ölüb. Sürücü, 1979-cu il təvəllüdlü Polad Mahmud oğlu Məmmədov və digər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, mərhum M.Mustafayeva uzun illərdir şimal-qərb bölgəsində müğənni kimi fəaliyyət göstərirdi.

Əlaqədar

Türkiyədə qəzaya düşən azərbaycanlı tələbə öldü
Sərnişin avtobusu ağır qəzaya uğrayıb, paytaxta yaralılar gətirilib
Yol polisindən avtobus qəzası ilə bağlı açıqlama gəldi
Teqlər:
qəza, avtomobil, Qax rayonu

Əsas mövzular