Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Külli miqdarda siqaretin satışa buraxılmasının qarşısı alınıb

© Sputnik / Aleksey DanichevСигареты, фото из архива
Сигареты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Aksiz markası ilə markalanmayan xeyli sayda siqaret aşkar edilərək götürülüb

BAKI, 6 fevral — Sputnik. Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Azərbaycan Respublikasına qeyri-qanuni yollarla, üzərində aksiz markası olmayan tütün məmulatlarının gətirilməsi, saxlanması və realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Запрещающий знак на окне здания, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Millət vəkili: "Siqaret və narkotik aludəçiləri pulsuz müalicə olunmalıdır"

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib. Məlumata görə, DGK Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin və Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının Astara şəhərində keçirdiyi birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı Əliyev İbrahim Əzim oğlu saxlanılıb və ondan şərti alıcıya satmaq istədiyi Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 5000 ədəd "Marlboro Gold", 2200 ədəd "Marlboro Flavor Code", 9600 ədəd "Kent İnfina", 7800 ədəd "Kent White", 19200 ədəd "Kent Silver", 6000 ədəd "Cavallo", 1600 ədəd "Senator" markalı, ümumilikdə 51400 ədəd siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0