Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ölkədə güclü zəlzələ oldu, dağıntı var

© AFP 2023 / Sam YehSeysmoqraf. Arxiv şəkli
Seysmoqraf. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Zəlzələ yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11km cənub-qərdbdə İsmayıllı ərazisində qeydə alınıb.

Leyla Abdullayeva, Rahim Zakiroğlu, İlham Əhmədov - Sputnik Azərbaycan.

BAKI, 6 fevral - Sputnik. Azərbaycanda 6 maqnituda gücündə zəlzələ baş verib.

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verir ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.

Sputnik Azərbaycan-ın bölgə müxbirlərinin verdikləri xəbərə görə, əsas ziyan Şamaxı şəhərinə dəyib. Evlər və tikililərin divarlarında çatlar əmələ gəlib, küçələrdə yarğanlar yaranıb. Bəzi yerlərdə hasar dağılıb. Ərazidə işıq sönüb, qaz verilişində problem yaranıb. İnsanlar qorxaraq evlərini tərk edib, küçələrə axışıblar. 

İlkin məlumata görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Zəlzələ ölkənin Rusiya ilə sərhəd şimal rayonlarından tutmuş, İranla sərhəd cənub rayonlarına qədər böyük bir ərazidə, o cümlədən Bakıda da hiss edilib.

Xəbər lenti
0