17:57 23 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
Təcili tibbi yardım

Türkiyədə qəzaya düşən azərbaycanlı tələbə öldü

© AP Photo / Emrah Gurel
HADİSƏ
Qısa URL
107 0 0

Xəsarət alan digər 10 nəfərin müalicəsi davam edir

BAKI, 5 fevral — Sputnik. Fevralın 3-ü Türkiyədə baş verən avtomobil qəzasında xəsarət alan 23 yaşlı tələbə Mirsani Seyidov həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, qəza Türkiyənin Biləcik rayonun Osmaneli ərazisində baş vermişdi.

Qeyd edək ki, Mirsani Seyidov Biləcik Şeyx Ədəbali Universitetinin mühəndislik fakültəsində təhsil alırmış. O, fevralın 14-də keçiriləcək son imtahanlara hazırlaşırmış.

Xəsarət alan digər 10 nəfərin müalicəsi davam edir.

Qəza zamanı azərbaycanlı Mirasov S. adlı şəxsin idarə etdiyi 34 MM1844 dövlət nömrə nişanlı "Jeep" avtomobili Qədri D. idarə etdiyi, fabrik işçilərini daşıyan 11 S 0056 dövlət nömrə nişanlı mikroavtobusla toqquşub. Hadisə zamanı 11 nəfər xəsarət alıb.

Əsas mövzular