Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Antalyada azərbaycanlı kişinin meyiti tapılıb

© AFP 2023 / STRTürkiyyədə təcili tibbi yardım maşını
Türkiyyədə təcili tibbi yardım maşını - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə Antalya şəhərinin Muratpaşa qəsəbəsinin Yüksəkalan məhəlləsində baş verib

BAKI, 5 fevral — Sputnik. Antalyada 34 yaşlı azərbaycanlı Saleh Abdullayevin meyiti tapılıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun meyiti otaq yoldaşının anası tərəfindən aşkarlanıb.

Hadisə Antalya şəhərinin Muratpaşa qəsəbəsinin Yüksəkalan məhəlləsində baş verib. Məlumata görə, Saleh Abdullayevin otaq yoldaşı 4 gün əvvəl Adana şəhərinə gedibmiş. Dünən günorta saatlarında onun anası evə gəlib və Salehin cansız bədəni ilə qarşılaşıb. Qadın dərhal polisə və təcili yardıma müraciət edib.

Saleh Abdullayevin həmin gün səhər saatlarında itini gəzdirməyə çıxardığı deyilir.

O, Antalyada bir müddət turizm sektorunda çalışıb. Ölümünün dəqiq səbəbinin müəyyən edilməsi üçün meyit morqa aparılıb.

Xəbər lenti
0