Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xırdalanda güclü yanğın olub, ölən var

Abunə olmaq
Meyit Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən götürülərək aidiyyəti üzrə təhvil verilib

BAKI, 5 fevral — Sputnik. Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi sahəsi 37 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə, dəhlizinin tavanı 5 m² sahədə yanıb.

Hadisə yerində FHN yanğınsöndürmə maşınları - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda avtobusda yanğın oldu

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Yanğının kəşfiyyatı zamanı 1973-cü il təvəllüdlü Kuzmov Konstantin Viktoroviçin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

K.Kuzmovun meyiti Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən götürülərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti
0