Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türkiyədə azərbaycanlılar ağır qəzaya uğrayıblar

© Photo : SozcuTürkiyədə qəza
Türkiyədə qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Qəza zamanı "Jeep" –in sərnişinləri Mirsədi Seyidov, Ərsan Gülsüm, İsmət Turan və Qürbət Çankya və avtobusda olan 6 nəfər xəsarət alıb

BAKI, 4 fevral — Sputnik. Türkiyənin Biləcik rayonunda "Jeep" markalı avtomobillə mikroavtobus toqquşub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, qəza zamanı 11 nəfər yaralanıb. Onlardan 3 nəfərin vəziyyəti ağırdır.

Məlumata görə, Azərbaycan əsilli Mirasov S.-nın idarə etdiyi 34MM1844 dövlət nömrə nişanlı avtomobil Osmaneli-Biləcik avtomobil yolunda Yenişehir dairəsində, fabrik işçilərini daşıyan Kadri D.-nin idarə etdiyi 11S 0056 dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.

Qəza zamanı "Jeep"in sərnişini Mirsədi Seyidov, Ərsan Gülsüm, İsmət Turan və Qürbət Çankya və avtobusda olan 6 nəfər xəsarət alıb.

Xəsarət alanlar Biləcik Dövlət Xəstəxanasına çatdırılıb. Onlardan Mirsədi Seyidov, Ərsan Gülsüm və İsmət Turanın vəziyyəti ağırdır. 

Xəbər lenti
0