09:04 21 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9284
Qəbələyə yağan qar

FHN əməkdaşları təbiətin girovuna çevrilən 4 nəfəri xilas etdilər

© Sputnik / Ilham Ahmadov
HADİSƏ
Qısa URL
73 0 0

Xilasetmə tədbirləri nəticəsində vətəndaşlar xilasetmə avtomobili ilə təhlükəsiz əraziyə çıxarılıblar

BAKI, 3 fevral - Sputnik. Qarlı və şaxtalı havada köməksiz vəziyyətdə qalmış dörd nəfər xilas edilib.

Liftdə qalmış adam
© Sputnik / Aleksey Nichukin

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu haqda Fövqəladə Hallar Nazirliyindən məlumat veriblər.

“112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, qarlı və şaxtalı hava şəraitində yolların buz bağlaması səbəbindən “Nissan” markalı minik avtomobilində olan 4 nəfər Qobustan rayonunun Qaracüzlü kəndi ərazisində köməksiz vəziyyətdə qalıb.

Aidiyyəti dövlət qurumları məlumatlandırılıb, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin əraziyə cəlb olunması üçün qərar qəbul olunub.

Xilasetmə tədbirləri nəticəsində vətəndaşlar xilasetmə avtomobili ilə təhlükəsiz əraziyə çıxarılıblar. Əməliyyat uğurla başa çatıb.

Əsas mövzular