15:28 18 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9230
Bakıda iki avtomobilin iştirakı ilə yol qəzası baş verib

Bakıda qəza: Qadın özünü avtomobildən atdı – FOTO

© Trend
HADİSƏ
Qısa URL
189 0 0

Sükanı boş qalan "Nissan" isə qəzadan sonra 500 metr kənarda yoldan çıxaraq səkidə dayanıb

BAKI, 2 fevral — Sputnik. Bakıda iki avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Sputnik Azərbaycan-ın Trend-ə istinadən məlumatına görə, hadisə Rixard Zorge və Nizami Gəncəvi küçələrinin kəsişməsində qeydə alınıb.

90 MF 499 dövlət nömrə nişanlı "Nissan" markalı avtomobilin qadın sürücüsü yan tərəfdən gələn 10 CN 808 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobilə yol verməyib, nəticədə qəza baş verib.

  • Bakıda iki avtomobilin iştirakı ilə yol qəzası baş verib
    Bakıda iki avtomobilin iştirakı ilə yol qəzası baş verib
  • Bakıda iki avtomobilin iştirakı ilə yol qəzası baş verib
    Bakıda iki avtomobilin iştirakı ilə yol qəzası baş verib
1 / 2
Bakıda iki avtomobilin iştirakı ilə yol qəzası baş verib

Qadın toqquşma anında qapını açaraq avtomobildən özünü yola atıb, sükanı boş qalan "Nissan" isə qəzadan sonra 500 metr kənarda yoldan çıxaraq səkidə dayanıb. Xoşbəxtlikdən avtomobil səkidəki piyadalara xəsarət yetirməyib.

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası və yol polisi əməkdaşları cəlb olunub.

Əsas mövzular