12:49 22 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9069
Dostlar, arxiv şəkli

Bakıda qanlı idman - Dostların davası 7:1 hesabı ilə başa çatıb

CC0 / MabelAmber / friends
HADİSƏ
Qısa URL
67 0 0

Bir vaxtlar yaxın dost olan gənclər arasında yaranmış mübahisə qanlı davaya çevrilib, dostlardan biri xəstəxanaya, digəri həbsxanaya getməli olub

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 31 yanvar — Sputnik. Bakıda iki cavan oğlanın dostluğu bıçaqlanma ilə nəticələnib. Yasamal rayon Polis İdarəsinin əməkdaşları cinayəti törətməkdə günahlandırılan şəxsi saxlayıb. Bu barədə Sputnik Azərbaycan-a Yasamal RPİ-dən məlumat verilib.

Qeyd edək ki, daha əvvəl Sputnik Azərbaycan-a daxil olan məlumata görə, yanvarın 29-dan 30-na keçən gecə saat 02:20-də Dadaş Bünyadzadə küçəsində 27 yaşlı Murad Müslümzadəyə hücum olub. Naməlum şəxs ona 5 bıçaq zərbəsi endirib və zərbələrdən biri onun sinə nahiyəsinə dəyib. Müslümzadə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Quba rayon polis şöbəsi
© Sputnik / Leyla Abdullayeva

Bu gün isə məlum olub ki, Müslümzadəyə 5 yox, 7 bıçaq zərbəsi vurulub. Hələlik AR Cinayət Məcəlləsinin 126-cı maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə cinayət işi açılıb. Amma polis idarəsindən onu da bildiriblər ki, prokurorluq bu cinayəti "adam öldürməyə təşəbbüs" kimi təsnifləşdirə də bilər.

Saxlanılan şübhəli şəxsin Müslümzadənin yaxın dostu Orxan Məmmədli olduğu məlum olub. Məmmədli əvvəlcə hüquq-mühafizə orqanlarından gizlənməyə çalışıb. O, cinayəti törətdikdən dərhal sonra xalasının evində gizlənib. Amma səhər cavan oğlan ağılsız hərəkət etdiyini başa düşərək polislərə təslim olmaq qərarına gəlib. O, Pİ-də törətdiyi cinayəti etiraf edib. Çünki bundan əvvəl polislərin onun valideynlərini ziyarət etdiyi barədə xəbər Məmmədliyə çatıbmış.

İstintaq zamanı məlum olub ki, dostlar arasında münaqişə 286 nömrəli məktəbin arxasında yerləşən qapalı stadionun ərazisində baş verib. Məmmədli Müslümzadəyə yaxın vaxtlarda onunla pis rəftar etdiyini deyib və ondan bunun səbəbini izah etməyi tələb edib. Lakin Müslümzadə izahat əvəzinə, dostuna bıçaq zərbəsi endirib. Məmmədli isə dostunun 1 bıçaq zərbəsinə 7 bıçaq zərbəsi ilə cavab verib.

Hazırda faktla bağlı araşdırma davam edir.

Əsas mövzular