16:09 23 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9027
Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli

Azərbaycanda 15 yaşlı oğlan 53 yaşlı qadını öldürüb, sonra meyitlə cinsi əlaqəyə girib

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
825210

Evə girən yeniyetmə qadını öldürəndən sonunla meyitlə cinsi əlaqəyə girib

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 30 yanvar — Sputnik. Füzuli Rayon Polis Şöbəsinin və Rayo Prokurorluğunun əməkdaşları birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qadının xüsusi amansızlıqla qətlə yetirilməsi faktının üstünü açıblar. Qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, qətl yanvarın 28-də Horadiz şəhərində törədilib. A.İsgəndərova ad-soyadlı qadının üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı evdə aşkar edilib.

Bununla bağlı daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları müvafiq tədbirlər həyata keçiriblər - qatilin izinə düşərək onu saxlayıblar. Məlum olub ki, cinayəti törədən şəxs yeniyetmədir.

Füzuli rayonunun hüquq-mühafizə orqanlarındakı mənbənin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, istintaq-əməliyyat qrupunun üzvləri 53 yaşlı A.İsgəndərovanın cəsədində 20 bıçaq yarası aşkar ediblər. Bıçaq zərbələri qadının baş, üz və boyun nahiyəsinə endirilib. Bundan əlavə, qurban zorlanıb.

O da məlum olub ki, qatilin 15 yaşı var və o, tüfeyli həyat tərzi keçirir, vaxtaşırı xırda oğurluqlar edir (adı istintaq maraqlarına görə açıqlanmır-red.). Yanvarın 27-dən 28-nə keçən gecə yeniyetmə oğurluq məqsədilə tək yaşayan qadının evinə girib. Bildirilir ki, o, bir dəfə də bu evə oğurluq üçün giribmiş.

Bu dəfə isə cinayətkar pul axtarmaq məqsədilə paltar dolabına soxulub. Dolabın qapısı cırıldayıb və evin sahibi səsə yuxudan oyanıb. Oğrunu görən qadın qışqırmağa başlayıb. Yeniyetmə dərhal onun üstünə cumub və dalbadal bıçaq zərbələrini qadına endirib. Qadının öldüyünə əmin olandan sonra oğlan onun meyiti ilə cinsi əlaqəyə girib.

Faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq davam edir.

Əlaqədar

Qadın qətllərinin qorxunc statistikası - İNFOQRAFİKA
Dəhşətli qətlin detalları: Yaşlı qadını kim öldürüb?
Polis və prokurorluq ağır qətl hadisəsinin izinə düşüb
"Ləvəngi dairəsi"ndə qətl: Qurbanını xəstəxanaya çatdırdıqdan sonra polisə təslim olub
Teqlər:
yeniyetmə, qadın, prokurorluq, polis

Əsas mövzular