Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakının əsas prospektlərindən birində zəncirvari qəza baş verib - VİDEO

© pixabay / byrev / AccidentАвтомобиль, попавший в ДТП
Автомобиль, попавший в ДТП - Sputnik Azərbaycan
Abunə olmaq
Qəza yolun "Koroğlu" metrostansiyasına gedən istiqamətində, körpünün Ayna Sultanova heykəlinə yaxın hissəsində qeydə alınıb

BAKI, 29 yanvar - Sputnik. Bakının Ziya Bünyadov prospektində zəncirvari yol qəzası baş verib. Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, iki minik və bir yük maşınının toqquşması nəticəsində sonuncu aşıb.

Qəza yolun "Koroğlu" metrostansiyasına gedən istiqamətində, körpünün Ayna Sultanova heykəlinə yaxın hissəsində qeydə alınıb. Hadisə ilə əlaqədar maşınların həmin istiqamətdə hərəkəti demək olar ki, tam dayanıb. Aşan yük maşınının yoldan götürülməsi üçün əraziyə qaldırıcı kran cəlb olunub. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları və "təcili tibbi yardım" maşını gəlib.

Ölən və yaralananların olub-olmadığı barədə məlumat yoxdur.

Xəbər lenti
0