Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İsmayıllıda tük ürpədən cinayət: Bir ailədən iki meyit çıxdı

© Sputnik / Murad OrujovPolis maşınları, arxiv şəkli
Polis maşınları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən il həyat yoldaşını öldürən qatilin cəsədi İsmayıllı rayonunun Aşıqbayramlı gölündən çıxarılıb

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 25 yanvar — Sputnik. Həyat yoldaşını öldürən qatilin cəsədi yanvarın 25-də səhər İsmayıllı rayonunun Aşıqbayramlı gölündən çıxarılıb. Bu barədə Sputnik Azərbaycan-a İsmayıllı rayon Polis şöbəsindən məlumat verilib.

Здание Министерства внутренних дел Азербайджанской Республики  - Sputnik Azərbaycan
HADİSƏ
Bədənində qəribə döymələr olan meyit tapılıb

İsmayıllı RPŞ-nın operativ əməliyyatçıları yaşlı kişinin cəsədini yaxınlıqdakı göldə axtarmaqda səhv etməyiblər. Dalğıclar 76 yaşlı H.A.-nın cəsədini göldən çıxarmaqda polislərə kömək ediblər. Kişi ötən ilin dekabrında 65 yaşlı həyat yoldaşı Ə.A.-nı öldürəndən sonra suda boğulub.

Qətl hadisəsi dekabrın 19-da İsmayıllı rayonunun Gəraybəyli kəndində baş verib. Ə.A. başına baltanın küt tərəfi ilə vurulan zərbə nəticəsində ölüb. Öldürülən qadının əri cinayətin törədildiyi yerdə polis üçün məktub yazıb qoyub. O, məktubda törətdiyi cinayəti etiraf edib və onu buna sürükləyən səbəbi də yazıb. Sən demə, kişi uzun illərdir həyat yoldaşından qisas almaq istəyirmiş. Daha sonra kişi yazıb ki, elə yerdə gizlənəcək, onu heç kəs tapmasın.

Hüquq-mühafizə orqanlarının əməkdaşları H.A.-nın axtarışlarına başlayıblar. İzlər onları sözügedən gölün yaxınlığındakı kafeyə aparıb. H.A. ölümündən qabaq həmin kafedə olub. Polis güman edib ki, əgər kişi özünü assaydı, cəsədi çoxdan tapılardı. Ona görə də, gölü axtarmaq qərarına gəlib.

O da məlum olub ki, sözügedən ailə Bakıda yaşayırmış. Cinayətdən qabaq kişi arvadını gəzmək adı ilə İsmayıllıya aparıb. Faktla bağlı araşdırma davam edir.

Xəbər lenti
0