Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Metroda qızıl üzük tapılıb, sahibi axtarılır

© Sputnik / Murad OrujovBakı metropoliteni, arxiv şəkli
Bakı metropoliteni, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əgər bir həftə ərzində sahibi tapılmazsa, üzük Bakı Şəhər Baş Polis İdarəsinin itən əşyalarla bağlı bürösonu təqdim ediləcək

BAKI, 25 yanvar — Sputnik. Yanvarın 24-də axşam evə gedərkən metronun "20 Yanvar" stansiyasının perronunda nişan üzüyü tapan Avropa.info xəbər portalının baş redaktoru Rəsul Mirhəşimli onu polisə təhvil verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə R.Mirhəşimli özü məlumat yayıb.

© Facebook / rasul.mirheshimliJurnalist Rəsul Mirhəşimli
Metroda qızıl üzük tapılıb, sahibi axtarılır - Sputnik Azərbaycan
Jurnalist Rəsul Mirhəşimli

Məlumatda deyilir:

"Üzük tapılan vaxt, təxminən saat 20:43 olardı. Tapdığım üzüyü metro stansiyasındakı polis əməkdaşlarına təhvil verdim. Polis işçiləri akt tərtib edib, üzüyü təhvil aldılar. Bildirdilər ki, üzüyü itirən şəxs əgər onu bu stansiya ərazisində itirdiyini ehtimal edərsə, bir həftə müddətində onlara müraciət edə bilər.

Kamera görüntülərinə baxış keçirərək, üzüyün həmin şəxsdən düşüb-düşmədiyi müəyyən ediləcək və sahibinə qaytarılacaq. Əgər bir həftə ərzində sahibi tapılmazsa, üzük Bakı Şəhər Baş Polis İdarəsinin itən əşyalarla bağlı bürösonu təqdim ediləcək.

© Facebook.com / rasul.mirheshimliJurnalist Rəsul Mirhəşimlinin tapdığı üzük
Jurnalist Rəsul Mirhəşimlinin tapdığı üzük - Sputnik Azərbaycan
1/2
Jurnalist Rəsul Mirhəşimlinin tapdığı üzük
© Facebook.com / rasul.mirheshimliJurnalist Rəsul Mirhəşimlinin tapdığı üzük
Jurnalist Rəsul Mirhəşimlinin tapdığı üzük - Sputnik Azərbaycan
2/2
Jurnalist Rəsul Mirhəşimlinin tapdığı üzük
1/2
Jurnalist Rəsul Mirhəşimlinin tapdığı üzük
2/2
Jurnalist Rəsul Mirhəşimlinin tapdığı üzük

Üzük stansiyanın perronunda "Dərnəgül" istiqamətinə gedən qatarların birinci və ikinci vaqonlarına yaxın ərazidə tapılıb. Üzüyü taparkən iki həmkarım da mənimlə bir yerdə idi.

Dua edək ki, Allahın izni ilə üzüyün sahibi tezliklə tapılsın. Nişan üzüyünün itirilməsi üzüntüsündən onu itirən şəxs tezliklə qurtarsın, inşəAllah!"

Xəbər lenti
0