Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvada film kimi olay baş verib

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidQızıl Meydan, Moskva, arxiv şəkli
Qızıl Meydan, Moskva, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Cinayətkarlar ondan 20 milyon rubl tələb ediblər

BAKI, 22 yanvar — Sputnik.  Moskvada film kimi hadisə baş verib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, 3 nəfər cani bir milyonerin üzərinə hücum edərək ondan 20 milyon rubl tələb ediblər. Onlar kişinin “Porsche Cayenne” avtomobilinə minərək onun evinə gediblər. Kişinin evinə çatanda milyoner cinayətkarların əlindən çıxmağı bacarıb. O, qarajında olan gülləkeçirməyən “Mercedes Gelandewagen” avtomobilinə minib. Milyoner avtomobilini cinayətkarların üzərinə sürüb. Bu zaman o travmatik silah ilə atəş də açıb. Oğrulardan biri ayağından yaralanıb. İki nəfər isə qaçmağı bacarıb.

Hadisə ilə bağlı cinayət işi açılıb. Polis bir nəfəri tutub, qaçan iki nəfər axtarılır.

Xəbər lenti
0