00:45 21 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9284
Ov tüfəngi, arxiv şəkli

Balakəndə qanunsuz saxlanılan silahlar tapılıb

CC0 / klimkin / ov
HADİSƏ
Qısa URL
23 0 0

Tural Nürəddinov və Rəhman Afraimovdan müvafiq sənədləri olmayan 2 ədəd 16 kalibrli qoşalülə ov tüfəngi aşkar edilərək götürülüb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdir.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, yanvarın 18-də Balakən Rayon Polis Şöbəsinin və Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Katex kənd sakinləri Tural Nürəddinov və Rəhman Afraimovdan müvafiq sənədləri olmayan 2 ədəd 16 kalibrli qoşalülə ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Əsas mövzular