Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Abşeronda yanacaqdoldurma məntəqəsinə basqın edilib

© Sputnik / Murad OrujovАвтозаправочная станция на трассе Баку-Сумгайыт
Автозаправочная станция на трассе Баку-Сумгайыт - Sputnik Azərbaycan
Abunə olmaq
Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

BAKI, 19 yanvar — Sputnik. Abşeronda yanacaqdoldurma məntəqəsinə basqın olub. Bu barədə Sputnik Azərbaycan-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Yanacaqdoldurma məntəqəsi - Sputnik Azərbaycan
HADİSƏ
Yanacaqdoldurma məntəqəsində böyük fırıldaq

Bildirilib ki, yanvarın 11-də Xırdalan şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birinə gələn 2 maskalı şəxsin orada operator işləyən Aşağı Güzdək qəsəbə sakini Ruslan Əmkişiyevi tapançaya oxşar əşya ilə hədələyib pul verməsini tələb etmələri, müqavimətlə rastlaşdıqlarından qaçıb aradan çıxmaları barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Araşdırmalarla onların Aşağı Güzdək qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Tural Qarayev və Məhəmməd Mirzəyev olduqları müəyyən edilib.

İstintaq və əməliyyat tədbirləri aparılır.

Xəbər lenti
0